• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyun 2020-ci il

    “Hacı Xanməmmədovun yaradıcığında milli musiqi alətlərinin istifadəsi”.

         İyun ayının 4-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika“ elmi-tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Bəsti Kazımovanın növbəti onlayn seminarı keçirildi.

        Dissertant Bəsti Kazımova çıxışında XX əsr Azərbaycan bəstəkarlıq məktəbi tarixində özünəməxsus üslubu və dəst-xətti ilə seçilən Respublikanın əməkdar incəsənət xadimi, xalq artisti, professor, Hacı Xanməmmədovun zəngin və rəngarəng yaradıcılıq irsində milli musiqi alətlərinə geniş yer verməsi və bəstəkarın bütün yaradıcılığı boyu milli alətlərə böyük maraq göstərməsi, onların potensial imkanlarından geniş istifadə edərək gələcək inkişafı üçün yeni yollar açması barədə məlumat verdi.

      Seminarda məruzəçi bəstəkar haqqında danışarkən onun tar və orkestr üçün beş konsertinin, kamança ilə orkestr üçün konsertinin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə daxil olunduğunu, eləcə də Hacı Xanməmmədov adının musiqi tariximizdə ilk növbədə tar və simfonik orkestr üçün konsertin yaradıcısı kimi qaldığını bildirdi.

       Daha sonra məruzəçi bəstəkar H.Xanməmmədovun yaradıcılığında milli musiqi alətlərindən tar və kamançaya daha üstünlük verilməsinı və bu alətlərin musiqi mədəniyyətimizin inkişafında aparıcı mövqe tutmasını, muğam ifaçılıq sənəti ilə bağlılığını, kamançanın Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam sənəti və milli musiqi alətlərindən biri oımasını qeyd etdi.

       Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, dossent Ariz Abduləliyev məruzəçi Bəsti Kazımovaya öz dəyərli məsləhət və tövsiyyələrini verdilər. Sonda Gülnaz xanım mövzunun aktuallığını və gələcəkdə də bu mövzunun davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirdi.

     

     Elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi

    Sahilə Əzizova