• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” fakültəsinin III kurs tələbəsi İsmayıl Pənahov Hikmət oğlu və “Fortepiano” fakültəsinin IV kurs tələbəsi Elxan Niftiyev İlham oğlu aldıqları təhsil müddətində əla nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təqaüdə layiq görülmüşlər.

    Tələbələrə mükafat BMA-nın Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva təqdim etmişdir. Təqdimatda həmçinin “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi və BMA-nın Həmkarlar İttifaqının sədri, dosent Aqil Qafulov iştirak edərək, tələbələri təbrik edib, müvəffəqiyyətlər arzu etdilər.