• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2020-ci il

    “Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyi ərəfəsində “Bakı Musiqi Akademiyasının Türkiyənin Ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda  ”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasında onlayn rejimində növbəti elmi seminarı,  laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova keçirmişdir.

    Məruzəçi uzun illər Bakı Musiqi Akademiyası və Türkiyənin nüfuzlu elm ocaqları  arasında elmi əməkdaşlığın yüksək müstəvidə keçirilməsini, ilk növbədə Ü.Hacıbəyli adına BMA- nın rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor  F.Ş.Bədəlbəylinin, elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadənin elm və təhsil sahəsində nüfuzları, möhtəşəm fəaliyyətləri, əldə etdikləri naliyyətlər sahəsində baş tutmasını xüsusilə vurğuladı.

    H.Məmmədova BMA- nın təşkilatçılığı, iştirakı və dəstəyi ilə Türkiyədə keçirilmiş konqres və beynəlxalq konfranslarda görülən işlərin yüksək qiymətləndirilməsini qeyd etmişdir. “Uluslararası Müzik və Dans Konqresləri”, 33-cü İSME Dünya Konqresi, “İSME Legacy beynəlxalq konfransı” bilavasitə BMA-nın rəhbərliyi və  yaxından iştirakı ilə bir neçə illər ərzində keçirilir.

    Qeyd olunan konfrans və konqreslər bir çox dövlətlərdən olan elm insanlarını birləşdirərək, dünyəvi mədəniyyətin xalqlar arası bağlılığı haqqında fikirləri işıqlandırır. Keçirilən konfrans və konqreslərdə BMA-nı təmsil edən professor müəllim heyyəti müxtəlif mövzularda çıxışları ilə böyük marağa səbəb olublar.

     Bundan əlavə məruzəçi bildirmişdir ki, elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadənin rəhbərliyi altında Azərbaycanın ənənəvi musiqi irsinin toplanması, notlaşdırılması və araşdırılması istiqamətində müxtəlif  layihələr həyata keçirilmişdir. Layihələrin fəal  iştirakçılarından  olmuş H.Məmmədova bildirmişdir ki, layihə çərçivəsində yurdumuzun bir çox bölgələrinə səfərlər baş tutmuşdur. Bölgələrimizin etnoqrafiyası, folkloru və mədəniyyəti ilə tanışlıq ekspedisiya iştirakçılarına əvəzsiz zövq bəxş etmişdir. Daha sonra məruzəçi qeyd olunan beynəlxalq  konfrans və konqreslər haqqında  BMA-nın rektoru, Azərbaycan Respublikasının və SSRİ-nin xalq artisti, professor F.Ş.Bədəlbəylinin, Azərbaycan Respublikasının Elm Xadimi, filologiya elmləri doktoru, professor T.Əfəndiyevin,  konqres koordinatorları olan Muğla Sıtkı Koçman Universitetinin müəllimi, dosent, Dr.Kürşad Gülbəyaz və Mersin Universitetinin müəllimi, dosent, Dr. Tarkan Yazıçının fikirlərini dinləndirdi və müxtəlif konfrans, konqres və ekspedisiyalardan foto şəkillər nümayış etdirmişdir.

    Seminarın sonunda çıxış edən elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadə, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  N.İsmayıl-zadə, aparıcı elmi işçi, dosent A.Abduləliyev və başqaları seminardan məmnun qaldıqlarını  bildirdilər və məruzəçiyə yaradıcılıq uğurları arzu etdilər. 

     

                                                                                           Sənətşünaslıq üzrə fəlsəfə doktoru

                                                                          böyük elmi işçi M.A.Rzayeva