• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 may 2020-ci il

     Sənətdə  Parlayan Ulduz

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 2020-ci il 21 may tarixində aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovanın onlayn seminarı keçirildi. 

     Məruzəçi  Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti (1985),  Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013),  professor,  2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili,  Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın 1964-cü ildən ömrünün sonunadək 500-dən çox komik, faciəvi, dramatik teatr və kino sahəsində yaratdığı obrazlar haqda çox dolğun və ətraflı çıxış etdi.     

    Sənətə gəldiyi ilk rolu 18 yaşında olarkən dramaturq İlyas Əfəndiyevin “Mənim günahım” pyesindəki Nurcahan obrazı olmuşdur. Belə ki, Amaliya xanımın oynadığı rolların bir neçəsinin adlarını çəkmək yerinə düşərdi. Burada, “Unuda bilmirəm” , “Mahnı dağlarda qaldı”, “Xurşid banu Natəvan”, “Qəribə oğlan”, “Büllur sarayda”, “Təhminə və Zaur”, “Nişanlı qız”, “Topal Teymur”, “Təkan”, “Mənim günahım”, “Sənsiz”  teatrlarını göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, aktrisa oynadığı əksər teatrlarda öz musiqi (səs) imkanlarından istifadə edərək gözəl rollar yaradırdı. “Unuda bilmirəm”, “Qəribə oğlan”, “Təhminə və Zaur” -   teatrının musiqisi bəstəkar Emin Sabitoğlu, “Mahnı dağlarda qaldı” -  Süleyman Ələsgərov,  “Xurşid banu Natəvan” - Arif Məlikov, “Büllur saray”  - Oktay Kazımi və çoxlu sayda teatrların əsas rollarının iştirakçısı kimi Amaliya xanım yadda qalan səhnə obrazları yaratmışdır.   

    Amaliya xanım televiziya tamaşalarının inkişafında həm aktrisa, həm də rejissor kimi MİSİLSİZ xidmətlər göstərərək, tamaşalarında teatr və kino sənətinin vəhdətini yaratmışdır. Yaradıcılığının bir hissəsi də kino sənəti ilə bağlıdır.  Bununla yanaşı məruzəçi tərəfindən Amaliya xanımın iştirak etdiyi bir neçə tamaşalardan fraqmentlər də göstərilmişdi.  

    Televiziya və teatr tamaşalarında əsas rollarda çıxış edən Amaliya Pənahova özünün rəngarəng oyun üslubu ilə Azərbaycan səhnəsi üçün çox böyük tapıntı idi.    

    Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak edirdilər. Gülnaz xanımın sonda seminar iştirakçısına söylədiyi dəyərli fikirləri seminarı daha da canlandırdı.

             Nəsirova Fidan , elmi işçi