• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 may 2020-ci il

    “Avropada musiqili komediya janrlarının tarixinə bir nəzər”.

    May ayının 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika“ elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nazlı Mustafayevanın növbəti onlayn seminarı keçirildi.

     Nazlı Mustafayeva çıxışında izah edirdi ki, musiqi incəsənətində ayrı-ayrı janrların təkamül tarixinin inkişaf mərhələləri zəminində meydana gələn yeni üslub forma və dramaturji xüsusiyyətlər öz bədii əksini tapmışdır.

    Eyni zamanda məruzəçi qeyd edirdi: “Musiqi tarixində operetta janrının banisi Fransa bəstəkarı və dirijoru Jak Offenbax hesab olunur. J.Offenbax 1847-ci ildə “Alkov”, “Blanş”, “Hersoqinya Alba”, 1983-cü ildə “ Pepito”, 1854-cü ildə “Lyüs və Lyüsetta” komik operalarını yazmışdır”.

    XVII əsrdə İtaliyada geniş yayılmış komik intermediyalar, maska teatrı, meydan-satirik  tamaşaları XVII əsrin I yarısında “opera-buff” adlı komik opera janrının yaranmasına təsir göstərmişdir. 

    XVII əsrdə musiqi komediya Almaniya və Avstriyada “zinqşpil”, İngiltərədə “opera-ballada”, İspaniyada “tonadilya” adı ilə öz janr təcəssümünü tapmağa  başlamışdır. 

    Operetta janrında XIX-XX əsrlərdə Avropada , Rusiyada, sovet respubliklarında, eləcə də, Azərbaycanda xeyli əsərlər yazılmışdır. 

    Musiqi komediyanın çox inkişaf etmiş janrı olan operettaya XX əsrdə Leo Delib, Florimon Erve, Şarl Lekok ( Fransa), İohann Ştraus, Frans fon Zuppe, Rixard Jene (Avstriya), Karl Tseller(Almaniya) , XX əsrdə Andre Massaje , Lak İber (Fransa) Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirov S.Rüstəmov, R.Hacıyev, S.Ələsgərov, V.Adıgözəlov, T.Bakıxanov və başqaları müraciət etmişdilər. 

    Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak etdilər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırıldı.

     

    R.Süleymanova

    elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.