7 may 2020-ci il
Adı ilə tarix yazan “Əsrin Dahisi”
Qlobal pandemiya Covid-19 ilə əlaqədar karantin şəraitində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının, Bakı Humanitar kollecin müəllim kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş elmi seminarı keçirilmişdir.
Seminarda məruzəçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə bəxş etdiyi tohvələrdən, qayğı və diqqətindən bəhs etmişdir.
Məruzəçi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanovun “Əsrin Dahisi” simfonik poemasını təqdim edərək, əsər haqqında məlumat verdikdən sonra simfonik poemanı səsləndirmişdir.
Məruzəçi çıxışını bitirdikdən sonra, çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə seminarın mahiyyətini,Ulu Öndərimizin əziz xatirəsinin yatradıcı insanların, o cümlədən bəstəkarlarımızın əsərlərində musiqinin dili ilə əks olunan yüksək təcəssümünü vürğulamışdılar.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev, Heydər Əliyevin xalqına, millətinə olan sevgi və qayğısından bəhs etmişdir.
Seminarda iştirak edən Bakı Humanitar kollecin əməkdaşları: musiqi və dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Xankişiyeva, xanəndə müəllimi Sara Abdullayeva, xanəndə müəllimi Tuqay İsmayılov, musiqi müəllimi Samirə Kərimova, kamança müəllimi Gülnarə Məmmədova, teatrşünas müəllimi Zülfiyyə Dəvəliməhəmməd, musiqi nəzəriyyə müəllimi Afaq Məmmədova seminardan məmnun qaldıqlarını və gələcəkdə də bu cür elmi-praktiki seminarlarda iştirak etmək arzularını bildirdilər.
Seminar elmi tədqiqat laboratoriyasının əməkdaşlarının dəyərli təklif və tövsiyyələri ilə başa catdı.
Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
M.A.Rzayeva.