• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 may 2020-ci il

     Muğamlarımızın nota yazılması davam edir

    Ü.Hacıbəyli   adına   BMA-nın   elmi-tədqiqat   laboratoriyası   onlayn rejimdə iclas və seminarlarını davam etdirir.  Mayın 5-də “Peşəkarlığın zirvəsində” adlanan növbəti elmi seminar Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayevə həsr olunmuşdur. Seminarda   elmi - tədqiqat laboratoriyanın elmi işçisi ,dissertant  Nigar  Bayramova  məruzə ilə çıxış etmişdir. O, Arif Əsədullayevin     elmi   və   pedaqoji   fəaliyyətindən   danışaraq, onun zəngin ifaçılıq təcrübəsini də vurğulamışdır.

    Arif Əsədullayevin Azərbaycanın7 əsas muğamlarını- Çaargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul segah,Şur və Şüştər muğamlarını ilk  dəfə olaraq  nota  salınmasından bəhs etmişdir.

    Məruzəçi  Arif Əsədullayevin müəllifi olduğu “İnstrumental muğamlar”, “  7 klassik  Azərbaycan   muğamı” kitablarından,  monoqrafiyalarından söz açdı. Seminarın sonunda məruzəçi Nigar Bayramova Ü. Hacıbəyli adına BMA-nın   rektoru,   professor   Fərhad   Bədəlbəylinin   Arif   Əsədullayev haqqında dediyi fikri ilə bitirdi:  “Mən mübaliğəsiz deyirəm ki, Üzeyir bəyin arzularının   biri   olan   muğamlarımızın   temperasiya   olunmuş   səslərlə, 12 pilləli not sistemində yazıya salınması ilə Arif Əsədullayev ilk ifaçıdır ki, öz təmənnasız   zəhməti   ilə   şifahi   ənənəli   Azərbaycan   muğamları   üçün Avropaya pəncərə açmışdır”. Sonda Arif Əsədullayev kamançada gözəl ifası ilə seminara ayrı bir rəng qatdı. Seminarda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə və laboratoriyanın əməkdaşları onlayn rejimdə iştirak etdilər. G Abdullazadə və N.İsmayılzadə seminarın sonunda öz dəyərli fikir və tövsiyyələrini bildirdilər, mövzu barədə laboratoriya əməkdaşları onları düşündürən suallar haqqında maraqlı müzakirələr apardılar.

     

    Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının

     Elmi işçisi Mustafayeva Nazlı