• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2020-ci il

    “Viktor Belyayev və Azərbaycan musiqişünaslığı” (BMA-nın 100 illiyi qarşısında) Bakı Musiqi Akademiyasının növbəti onlayn seminarı

        Aprel ayının 30-u Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin növbəti  onlayn seminarı keçirildi. 

        Ariz Abduləliyev XX əsrdə Azərbaycan  musiqişünaslığında özünəməxsusluğu ilə seçilən, etnomusiqişünaslıqda xüsusi rolu olan, bir sıra  musiqişünaslara elmi  rəhbərlik edən Viktor Belyayevin yaradıcılığı haqda çıxış etdi. V.Belyayevin  elmi-tədqiqat işlərində böyük elmi, yaradıcı biliyə malik olması xüsusi qiymətləndirildi. Türkülogiya elmi sahəsində xüsusi rolu olan, Yaxın və Orta Şərq xalqlarının musiqi mədəniyyəti ilə bağlı, hətta bu xalqların mədəniyyətinə aid elmi kitabların yaranmasında rolu vurğulandı.

        O, milli məqamlarımız, tar aləti haqda elmi tədqiqatların və tar alətinin səs sisteminə dair bir sıra məqalələrin müəllifidir. Azərbaycan bəstəkarlarının Moskvada təhsil aldıqları vaxtlarda onlara müəllimlik etmiş və maraqlı tövsiyyələr vermişdir. Bəzi musiqişünasların peşəkar yaradıcı alim kimi yetişməsində böyük töhfələri olmuşdur.

        Bununla yanaşı mərizəçi Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyəti ilə bağlı çox dolğun və maraqlı məqamları qeyd etdi.

        Burada Üzeyir bəyin elmi-tədqiqat əsəri olan “Aərbaycan xalq musiqisinin əsasları” kitabının rəyçisi kimi Belyayevin adını çəkmək lazımdır.  Üzeyir bəyin əsərləri barədə 5 mövzuda məruzələr ilə çıxışlar etmişdir. Bununla yanaşı  musiqişünaslarımız Əminə Eldarova, Elmira Abbasova və Bayram Hüseynlinin elmi-tədqiqat işlərinin rəsmi opponenti olmuşdur. Elmira Abbasovanın “Leyli və Məcnun operası” haqqında Azərbaycanda nəşr olunmuş yeganə monoqrafiyasının rəyçisi olduğu  bildirilmişdi.

        Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşları, “Şifahi ənənəli Azərbaycan musiqisi və müasir texnologiyalar” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova və gənc doktorantlar iştirak etdilər. Belə ki, artıq seminarlarımızda Akademiyanın müxtəlif kafedralarının müəllim heyətinin və gənc doktorantlarının bu seminara cəlb olunması təqdirəlayiq haldır. Sonda seminar iştirakçılarının sualları məruzəçi tərəfindən cavablandırıldı.

        

    Nəsirova Fidan

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

     “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və

    onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”

    elmi-tədqiqat laboratoriyasının elmi işçisi