12 mart 2020-ci il
2020-ci il 12 mart tarixində Latviya səfiri Dainis Qarançs və Y.Vitol adına Latviya Musiqi Akademyasının nümayəndələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşlər.
Görüşdə Latviya və Azərbaycanın klassik musiqisindən, Latviyanın müstəqilliq gününə həsr ediləcək tədbirlərdən söhbət açıldı və ikitərəfli mədəni əlaqələrin inkişafı ilə əlaqədar müqavilə imzalandı.