• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 mart 2020-ci il

    2020-ci il 4 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbələri Azərbaycan Dövlət İctimai Televiziyasında yayımlanan “MAG-Müasir Azərbaycan Gənci (Debat)” verilişinin qonağı oldular.


    Mövzusu “Müasir musiqi texnologiyaları klassik musiqiyə olan marağı nə dərəcədə artırır?” olan televiziya verilişində ekspert qismində Ü.Hacıbəyli adına BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Əzimov, “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, spiker qismində BMA-nın “Müasir texnologiyalar tədris laboratoriyası”nın müdiri, müəllim Aslan Mustafazadə, bəstəkar Azər Hacıəsgərli çıxış etdilər. Mövzu ətrafında BMA-nın “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi Səbinə Bəylərbəyova, “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimi Nigar Məlikova, BMA-nın mətbuat xidmətinin əməkdaşı, musiqişünas Ofelya İsgəndərova, bəstəkar Röya Hüseynova və tələbə heyəti də fikir mübadiləsi apararaq, geniş müzakirələr etdilər.