• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 fevral  2020-ci il

    2020-ci il 23 fevral tarixində Sabunçu rayonunda fəaliyyət göstərən 47 məktəbin 9-10-11-ci siniflərində təhsil alan abituriyentlər və gənclərin sosial fəaliyyətdə inkişafa nail olmaq, demokratik iştirakçılığını gücləndirmək üçün “Sabunçu gənclər evi”ndə “Ali Təhsil Müəssisələrinin Sərgisi” təşkil olundu.

    Sərginin keçirilməsində əsas məqsəd, sərgidə iştirak edəcək hər bir abituriyentin seçiminə uyğun təhsil ocaqları ilə tanış olmağı, həmin ali təhsil müəssisəsini seçməkdə yardımçı olmağı və həmin müəssisələrin nümayəndələri ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran suallarına cavab tapmağına dəstək göstərməkdir.
    Sərgidə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasını dosent Aqil Qafulov və texniki işçi Cahid Məmmədov təmsil edərək, müxtəlif disk və broşurlarla hər kəsi məlumatlandırmışlar.