• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 fevral  2020-ci il

    Vyananın “Ö1” ictimai radiosunun əməkdaşları Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının qonağı olmuşlar.

    Görüşün məqsədi BMA-nın elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsinin sədri, bəstəkar İsrafilova İlahə ilə müsahibə aparmaq və elmi tədqiqat laboratoriyasının iş fəaliyyəti, elmi yaradıcılıq nəaliyyətləri ilə tanış olmaq idi. Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə qonaqları qarşılayaraq laboratoriyanın aktiv fəaliyyəti, aparılan elmi tədqiqatların istiqamətləri və elmi işçilərin profilləri haqqında məlumat vermişdir. Daha sonra N.İsmayılzadə laboratoriyanın nəzdində olan qədim milli alətlərin bərpası emalatxanasında qonaqları, Azərbaycanın bir sıra qədim milli alətləri ilə əyani şəkildə tanış etmişdir. Alətlər ilə tanışlıq qonaqlarda dərin marağa səbəb olmuşdur.
    Ardından BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Yeganə Axundova qonaqlarla görüşüb, Akademiyanın köklü fəaliyyətindən və BMA-nın əməkdaşı, elmi işçi, bəstəkar İsrafilova İlahə ilə birlikdə həyata keçirilmiş uğurlu beynəlxalq layihələrdən ətraflı söz açmışdır.
    Avstriyalı jurnalist, Vyana “Ö1” ictimai radiosunun əməkdaşı Rainer Elstner İlahə İsrafilovadan müsahibə almış, bəstəkarın yaradıcılığı haqqında ətraflı suallarla məlumatlar toplamışdır. Azərbaycanda müasir musiqi tendensiyaları, qadın bəstəkarların bu sahəyə marağı və onların cəmiyyətdəki statusu kimi aktual mövzulara toxunulmuş , maraqlı söhbət aparılmışdır.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    böyük elmi işçi M.Rzayeva