2 fevral 2020-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, gənc və istedadlı vokal ifaçısı Urfan Cəfərov 2020-ci il fevral ayının 2-si “Gənclər günü”ndə Azərbaycan Respublikası prezidenti tərəfindən təsis olunan “Gənclər mükafatı” laureatına layiq görülmüş, ilin gənci adını qazanmışdır.
Qeyd edək ki, Urfan Cəfərov hal-hazırda Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenlərinin mükafatçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımovanın sinfində təhsil alır.