• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 fevral  2020-ci il

    Poeziya ilə musiqi qovuşanda. Poeziya ilə musiqi qovuşanda, şeir ilə melodiya bir-birini tamamlayan vahid tamlıq təşkil edirlər.

    Məhz bu cəhətdən də elə musiqi janrları vardır ki, onlarda poetik misralar musiqinin möhtəşəmliyini səciyyələndirirlər. Elə şairlər var ki, - S.Vurğun, N.Xəzri, F.Qoca, R.Rza, B.Vahabzadə..... – onların poeziyası sanki musiqidə həkk olunmaq üçün yaranmış, hər misrası musiqi ahənginə malik şeyriyyatdır. Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasında, elmi işçi S.Əzizova tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının milli ruhlu tanınmış şairlərindən biri olan, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin Azərbaycan mədəniyyətində rolu və yaradıcılıq uğurlarına həsr edilmiş elmi seminar keçirilmişdir. Seminarda sevimli şairin həyat və yaradıcılığına, xüsusilə də görkəmli bəstəkarlarımız ilə sıx yaradıcılıq birliyinə dair olduqca maraqlı faktlar qeyd olunmuşdur. Bildirilmişdir ki, İ. Səfərli elə bir dövrdə yaşayıb – yaratmışdır ki, bu dövr, tam mənasında, Azərbaycan mahnısının inkişafında “qızıl dövr” adlandırıla bilər. Şairin şeirlərinə bəstələnmiş - “Bakı sabahın xeyir” musiqisi E.Sabitoğlunun, “Ana” musiqisi C.Cahangirovun, “Bir könül sındırmışam”, “Dalğalar” musiqisi R.Mirişlinin, “Çıx yaşıl düzə” musiqisi A.Məlikovun və daha bir çox mahnılar uzun illərdiki dillər əzbəri olmuş və musiqi mədəniyyətimzin dəyərli inciləri sayılırlar. Bu mahnıların ifaçıları da, görkəmli sənətkarlar Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova öz ifaları ilə bir daha mahnılara ölməzlik bəxş etmişlər. Məruzəçi S.Əzizova sairin yaradıcılığı ilə bağlı bir sıra maraqlı faktları seminar iştirakçılarına təqdim etmişdir. Daha sonra seminar audio və video nümunələrdə şairin sözlərinə bəstələnmiş müxtəlif mahnıların səsləndirilməsi ilə davam etdirilmişdir.



    M.A.Rzayeva
    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi.