• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 yanvar 2020-ci il

    2020-ci il 17 yanvar tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Simli alətlər” kafedrasının professoru Nəzmiyyə Abbaszadə, “Tarix-nəzəriyyə” fakultəsinin dekanı, professor Gülzar Mahmudova, “Humanitar elmlər” kafedrasının müdiri, professor  Tərlan Quliyev 20 yanvar “Ümumxalq hüzn günü” ilə əlaqədar tələbələrlə görüş keçirmişlər.

    Görüşdə 20 yanvar faciəsinin xalqımızın tarixinə qan yaddaşı kimi yazılmasından, Azərbaycan xalqına qarşı törədilən kütləvi faciədən bəhs edərək, qanlı yanvar faciəsi haqqında tələbələrə geniş məlumat vermişlər.