• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 yanvar 2020-ci il

      Bu ilin ilk seminarı


    Oxu tar,oxu tar
    Səni kim unudar
    Ey böyük,kütlənin
    Şirini,sərvəti
    Alovlu sərvəti.
    Bir zamanlar Mikayıl Müşfiq cəsarətlə qədim xalq çalğı alətimiz tara qarşı olan mənfur çıxışlara qarşı bu misraları söylədi.Tarın sadəcə bir çalğı aləti deyil,xalqımızın mənəvi dünyasının zənginləşməsində,xalq musiqi xəzinəmizin təbliği və inkişafındakı böyük əhəmiyyətini bəyan etdi.
    Bu minvalla yanvar ayının 14-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanologiya və Akustika"adlı elmi laboratoriyasında möhtəşəm bir tədbir keçirildi.Tədbir laboratoriyanın müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nurida İsmayılzadənin və əməkdar incəsənət xadimi,professor Arif Əsədullayevin təşəbbüsü ilə təşkil olundu.
    Tədbir iştirakçıları tanınmış tarzən Naxçıvan Mədəniyyət işçisi,Prezident təqaüdçüsü ,Naxçıvan,İran,Türkiyə şəhərlərində pedaqoji fəaliyyəti və neçə-neçə xor kollektivlərinin təşkilatçısı Əkrəm Məmmədlinin ətrafına toplaşıb maraqlı və dolğun-bu ilin ilk seminarını keçirtdilər.
    Tədbiri Ü.Hacıbəyli adına BMA-nın elmi-yaradıcılıq işləri üzrə prorektoru,professor Gülnaz Abdullazadə açdı.Tədbirdə Türkiyədən klarnet ifaçısı Anıl Çilek peşakar ifası ilə maraqlı musiqi ifalarını səsləndirdi.Musiqi ifasından sonra isə tədbir iştirakçıları qısa bir video çarxda Əkrəm Məmmədlinin yaradıcılığı ilə tanış oldular.Tədbirdə xalq artisti Ramiz Quliyev,Əməkdar incəsənət xadimi,professor Arif Əsədullayev,Humanitar fənnlər kafedrasının müdiri,filologiya elmlər doktoru,professor Tərlan Quliyev,laboratoriyanın aparıcı elmi işçisi,dosent Ariz Abduləliyev,aparıcı elmi işçi Zeynal İsayev öz ürək sözləri və maraqlı çıxışları ilə tədbiri canlandırdılar.Həmçinin tədbirdə Əkrəm Məmmədlinin ifasında muğam və bəstəkar əsərləri səsləndirildi.
    Sonda Gülnaz xanım Əkrəm müəllimə bütün tədbir işrirakçıları adından dərin təşəkkürlərini bildirdi.Tədbir iştirakçıları daha bir maraqlı seminar ilə yeni bir seminara yol açdılar.


    Laboratoriyanın elmi işçisi
    Nəsirova Fidan