27 dekabr 2019-cu il
2019-cu il 27 dekabr tarixində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Добрый день” (“Mərhəba”) adlı kitabının təqdimatı keçirildi.
İmadəddin Nəsiminin əsərlərinin rus dilinə tərcümələrindən ibarət kitab musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və sənətşünas Fidan Ağayeva tərəfindən Feyzi Xubyar oğlu Ağayevin dəstəyi ilə rusdilli kontingent üçün tərtib edilmişdir.
Kitabın nəşrində məqsəd Azərbyacan poeziyasını, mədəniyyətini rusdilli insanlara çatdırıb sevdirməkdir.
Tədbirdə kitabın ərsəyə gəlməsində əməyi olanlardan əlavə, bir sıra ziyalılar çıxış edərək, görkəmli şair İmadəddin Nəsiminin misilsiz yaradıcılığından və belə təşəbbüslərin dəyərindən danışaraq, təşkilati prosesdə iştirak edən hər kəsə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, qonaqlar qismində akademik Vəli Əliyev və müğənni Səyyad Əlizadə də tədbirə təşrif buyurmuşdular.
Tədbir çərçivəsində həmçinin, müğənni Səyyad Əlizadənin ifasında görkəmli şair İ.Nəsiminin sözlərinə musiqişünas Aytən İbrahimova tərəfindən bəstələnmiş yeni “Mərhaba” mahnısı da səsləndirilmişdir.
Sonda isə “Mərhaba” adlı kitabın ərsəyə gəlməsində əməyi keçənlər diaspor tərəfindən mükafatlandırılmışlar.