• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2019-cu il

    2019-cu il 26 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, BMA-nın rektoru Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə konsert proqramı ilə keçirildi.


    Konsertdə bədii rəhbəri Xalq artisti, professor Gülbacı İmanova olan, dirijor Cavad Tağızadənin rəhbərliyi ilə BMA-nın tələbə simfonik orkestri və yeni yaradılmış böyük xoru (musiqisi Ü.Hacıbəyli, sözləri F.Bədəlbəyliyə aid olan BMA-nın himni (ilk ifa); Firuzə Nəcəflinin müşayiətilə Rza Xosrovzadə, Elmina Həsənova, Aqşin Xudaverdiyev, Emil İsmayılov (V.Adıgözəlov “Natəvan” operasından “Gözəl Şuşa” xoru, M.Maqomayev “Odlar yurdu”); Fəqan Həsənli və Elxan Niftiyev (Klassik bəstəkarların fortepiano mövzularına işlənmiş Fantaziya); BMA-nın professorları Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya və BMA-nın tələbələri Nicat Bağırov, Ramiz İsmayılov (A.Tsfasman “Qar dənəcikləri”); Nəzrin Abbaslının müşayiətilə bədii rəhbəri və dirijoru Naala Baratelia olduğu BMA-nın “Lumineux” vokal ansamblı (K.Sviri Bolqar xalq mahnısı, L.Bethoven “Joyful, Joyful); bədii rəhbəri baş hərbi dirijor general-mayor, Xalq artisti, professor Yusif Axundzadə olduğu, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi Orkestrinin müşayiətilə Əməkdar artist Aynur isgəndərli (Gülsüm Eldarova-BMA-ya ithaf (“Nəfəs və zərb alətləri” kafedrasının musiqi hədiyyəsi); bədii rəhbər və dirijor Dmitriy Babayein rəhbərliyi ilə BMA-nın kamera xoru (Donald McCulloungh “Didn’t my Lord”, Bob Merrill “Mambo İtaliano”) və yumoristik kiçik tamaşa nömrəsi ilə Əməkdar artist Anton Ferştandt, BMA-nın tələbələri Emil Bağırov, Vurğun Vəkilov, Elxan Niftiyev, Səid Bağırzadə, Məhəmmədəli Paşazadə, İlqar Əliyev iştirak etdilər.
    Sonda professor Fərhad Bədəlbəyli iştirak edən hər kəsə və möhtəşəm konsert proqramına görə dərin minnətdarlığını bildirdi.
    Tədbir tamaşaçıların gurultulu alqışları sona çatdı.