• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 dekabr 2019-cu il

    2019-cu il 25 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.


    Konfransın açılışını Ü.Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli etdi.
    Sonra konfransda BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev “Nəsimi yaradıcılığında hürufilik”, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Nəsimi – Əruz vəznində musiqi və rəqs”, dosent Mehriban Cavadova “Nəsimi yaradıcılığında kamil insan”, müəllim İlkinə Eminova “Nəsiminin həyat və yaradıcılığı” mövzuları ilə çıxış etdilər.
    Çıxışlardan sonra söz bədii hissəyə verildi.