17 dekabr 2019-cu il
2019-cu il 17 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın ilk qadın voilonçel ifaçısı, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin həyat yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs edən “Həyat sonatası” adlı sənədli filmin təqdimatı keçirildi.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, bədii rəhbəri Tahir Tahiroviç, direktoru Nicat Məmmədov, prodüseri İqbal Məmmədliyev, operatorları isə Əminə Həsənli və Anar Seyidovdur.
Tədbiri giriş sözü ilə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli açaraq, N.Abbaszadəyə yaradıcılıq uğurları arzu edib.
Sonda Nəzmiyyə xanım qonaqlarla xoş təəssüratlarını bölüşərək, professor Fərhad Bədəlbəyli və bütün həmkarlarına, həmçinin “Həyat sonatası” adlı filmin yaradıcı heyətinə dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, professor Nəzmiyyə Abbaszadə Azərbaycanda ilk qadın simli kvartetinin yaradıcısı olaraq, uzun müddət bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. O, həmçinin dəfələrlə keçirilən respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olmuşdur.
Nəzmiyyə xanımın zəngin pedagoji fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, onun tələbələri prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıdırlar.