• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17-24 dekabr 2019-cu il

    2019-cu il 17-24 dekabr tarixlərində Azərbaycan Vokalçıları Festivalının keçirilməsi ilə əlaqədar, Beynəlxalq Muğam Mərkəzində elmi-praktik konfrans keçirilmişdir.


    Konfransı ön söz ilə açıq elan edən Azərbaycan Vokalçıları Festivalının bədii rəhbəri və ideya müəllifi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, Azərbaycan klassik vokal sənəti, onun tarixi və bu sənətin bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunması haqqında qeyd etdi.
    Daha sonra Xalq Artisti, professor Xuraman Qasımova, Əməkdar İncəsənət xadimi, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq Artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov çıxış edərək festivalın əhəmiyyətini, Azərbaycan klassik vokal sənətinin inkişafına mühüm töhfə verəcəyini vurğuladılar. Bildirdilərki festival ərəfəsində neçə-neçə gənc ifaçıların böyük sənətdə tanınmalarına imkan yaranacaqdır.
    Konfrans Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayevanın və digər musiqişünasların mövzu ətrafinda maraqlı elmi məruzələri ilə davam etdi.


    sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    böyük elmi işçi Mehparə Rzayeva