12 dekabr 2019-cu il
Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının əməkdaşlarının təşkilatçılığı və iştirakı ilə Ulu Öndər H.Əliyevin anım günü tədbiri keçirilib.
Tədbirdə görkəmli şəxsiyyət H.Əliyevin Azərbaycan tarixində olan əhəmiyyətli rolu, həmçinin mədəniyyətimizə göstərdiyi xüsusi diqqət və qayğı haqqında söz açılıb. İlk öncə elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək Ulu Öndərin fəaliyyəti boyu incəsənət nümayiəndələrinin yaradıcılığına verdiyi qiyməti böyük ehtiramla anılmışdır.
Ardından “H.Əliyev və Azərbaycan musiqisi” mövzusunda geniş məruzə ilə çıxış edən, laboratoriyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev dahi H.Əliyev fəaliyyətinin bir neçə istiqamətlərini dəyərləndirməklə yanaşı, onun mədəniyyət sahəsinə yönəlmiş əvəzsiz xitmətlərini vurğulayıb və dinləyicilərə dəyərli faktlarla məlumatlar verib. Həmçinin illərdir üzərində işlədiyi H.Əliyevə həsr olunan mahnılardan ibarət dəyərli elmi toplusu haqqında danışıb. Ulu Öndərə həsr olunmuş mahnıları iki cildlik kitabda cəmləşdirməyi planlaşdıran A.Abduləliyev, bir cilddə peşəkar bəstəkarların əsərlərinin, digər topluda həvəskar bəstəkarların əsərlərinin dərc olunacağını qeyd edib. Kitabların yaxında işıq üzü görəcəyi gözlənilir.
Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, professor Z.Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevlə bağlı xatirələrini böyük sevgi və etiramla bölüşdülər.
Tədbir görkəmli şəxsiyyət H.Əliyevə həsr olunmuş musiqi əsərlərinin dinləyişi ilə davam etmişdir.
Həmçinin elmi tədqiqat laboratoriyasının rəhbərliyi və işçiləri saat 15.00-da Ulu Öndər H.Əliyevin qəbrini dərin hörmət və ehtiramla ziyarət etmişlər..
BMA-nın doktorantı və əməkdaşı, bəstəkar
İSRAFİLOVA İLAHƏ QİSMƏT q.