• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 dekabr 2019-cu il

    Alim, Vətənpərvər və əsl Vətəndaş mövqeyi!!!


    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin 7 dekabr 2019-cu il tarixində modern.az informasiya agentliyi tərəfindən dərc olunmuş məqaləsində [https://m.modern.az/az/hes/.219915] Anna Akopyanın ( N.Paşinyanın həyat yoldaşı) Dağlıq Qarabağ problemi ətrafında apardığı idaloji təxribata qarşı tutarlı və elmi cəhətdən sübut olunmuş cavabı işıqlandırılmışdır.
    Ariz Abduləliyev məqalasində bildirmişdir ki: “ Ermənistanın baş naziri N.Paşinyanın həyat yoldaşı A.Akopyanın bəyan etdiyi “sülh platforması” Dağlıq Qarabağ probleminin həllində Ermənistanın işğalçı mövqeyinin daha bir təzahürüdür. A.Akopyanın Dağlıq Qarabağda muğam səsləndirmək istəyi də, əslində, Qarabağ torpaqlarımızla yanaşı, musiqi mədəniyyətimizi də işğal etmələrinə bir cəhtdir.
    Halbuki muğam – Qafqaz ərazilərində və mədəniyyətlərində tarixən yalnız Azərbaycan xalqına məxsusdur! Azərbaycan muğamı BMT-nin beynəlxalq qurumu olan UNESCO tərəfindən bəşəriyyətin Azərbaycan xalqına məxsus qeyri-maddi irsi kimi tanıdılıbdır.
    Heydər Əliyev fondunun beynəlxalq muğam layihələri dünyəvi dəstək qazanıbdır”.
    Mədəniyyətimizə, mili dəyərlərimizə tuşlanmış erməni saxtakarlığına və vandalizminə qarşı, müxtəlif elm ocaqlarında, daima elmi seminarlar keçirən, çoxsaylı məqalələrdə erməniləri ifşa edən, Ariz Abduləliyev elmi potensialını, vətənpərvərlik mövqeyini çekinmədən bu haqq yolunda işıqlandırmaqdadır.
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyası olaraq Ariz müəllim Abduləliyevi bu haqq yolunda daima dəstəkləyir və ona “qələminin iti, qılıncının kəskin” olmasını arzulayırıq.
    Bəli bu gün qələm yolu ilə haqq səsini eşitdirən Azərbaycan ziyalısı, gün gələcək qılınca sarılıb addım - addım dədə-baba yurdumuzu azad edəcək!!!


    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
    Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,
    sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Rzayeva.