• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 dekabr 2019-cu il

    Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.

    Seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
    Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Rektor Prezident cənab İlham Əliyevin görülən işlərin davam etdirilməsi məqsədilə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na toxunub. Bildirib ki, sənədin əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Eyni zamanda, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi də proqramın mühüm prioritetlərindəndir.
    Milli Erasmus + Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışıb.
    İspaniyalı professor, xanım Cecila Ruiz Esteban Avropa ali təhsil bölgəsində keyfiyyətin təminatı haqqında danışıb və Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün tövsiyələrini verib. O, Avropa İttifaqına qoşulan universitetlər, proqramlar və universitetlərə ayrılan maliyyə yardımlarından söz açıb, müəllim və tələbələrin bu layihələrdə iştirakını müsbət qiymətləndirib.

    Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

    Qeyd edək ki, ikigünlük seminarda ispaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinlənilmiş, birgə müzakirələr aparılmışdır. Seminarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından tədris işləri üzrə prorektor, professor, pedaqoji elmlər namizədi, əməkdar müəllim Nərminə Quliyeva və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları Zülfiyyə Şəfiyeva və Röya Hüseynova iştirak etmişlər.