• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 sentyabr 2019-cu il

    2019-cu il 28 sentyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı musiqi Akademiyasında “Səs tellərinin zərərli təsirlərdən qorunması” mövzusunda seminar keçirilmişdir.

    Qeyd edək ki, seminar İsveçrənin “Alpenfarma AG Azərbaycan” nümayəndəliyinin təşkilatçılığı ilə baş tutmuşdur.  Seminarda Avropa Foniatrlar İttifaqı, The Voice Foundation və Avrasiya, Afrika ölkələrinin qulaq-burun-boğaz cəmiyyətinin üzvü, Avropa Foniatriya Akademiyası və Dünya Səs Günü cəmiyyətinin Azərbaycan milli koordinatoru dosent Dr. Ramil Həşimli və BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor, Xalq artisti Xuraman Qasımova, “Şifahi ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının dosenti Leyla Zöhrabova səs tellərinin zədələnmədən qorunması və üsulları haqqında söhbət və müzakirələr aparmışlar.