• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 noyabr 2019-cu il

    26 noyabr 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasında “Məhəmməd Əmin Rəsulzadənin 100 illik tarının bərpası ilə bağlı təqdimat-seminar ” keçirildi.


    İ.V.Hötenin belə bir fikri var: “İlk başlanğıc əməldir, işdir”. Belə ki, keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ABŞ-ın Çikaqo ştatında tədbir keçirilmişdir. Həmin tədbirə Xalq artisti, professor, elmi laboratoriyanın baş elmi işçisi Ramiz Quliyev də dəvət olunmuşdur. Burada R.Quliyev M.Ə.Rəsulzadənin nəvəsi Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə ilə tanış olmuş və bu tanışlıqdan sonra M.Ə.Rəsulzadənin tarı BMA-nın elmi labora- toriyasına bərpa üçün gətirilmişdir. Laboratoriyada usta Musa tərəfindən tar əsaslı şəkildə bərpa olunmuşdur. O, tarın çanağındakı çatları və bəzi aşıqları bərpa etmiş, pərdələr bağlamış, üzlük çəkmişdir. Usta Musa tərəfindən bərpa edilmiş bu tarixi tarın bərpa olunmasının təşəbbüskarı R.Quliyev, təqdimatı və seminar keçirilməsinin təşkilatçısı isə BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə olmuşdur. Tədbirin qonaqları isə M.Ə.Rəsulzadənin nəvəsi Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə və yazıçı və publisist M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı Nəcibə Bağırzadə olmuşlar.
    Seminar BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadənin qonaqları və tədbir iştirakçılarını salamlaması və Xalq artisti R.Quliyevin ifasında dahi Ü.Hacıbəylinin əsərlərindən ibarət musiqi nümunələrinin səslənməsi ilə başlandı. Daha sonra Nurida İsmayılzadə çıxış edərək M.Ə.Rəsulzadənin dövlət adamı, ictimai xadim olmaqla yanaşı, eyni zamanda, Azərbaycan mədəniyyətində öz sözünü söyləmiş insanlardan biri kimi “Nicat” cəmiyyətində Ü.Hacıbəyli ilə iş birliyi haqqında məlumat verdi. Məhz dahi Ü.Hacıbəylinin yaratdığı “ocaq”da 100 ildən sonra R.Quliyev ifasında tarixi tarın pərdələrində Bayatı-Şiraz muğamının səslənməsi sanki repressiya qurbanları olmuş şəxsiyyətlərimizin vətən istirabı səsləndirilirdi. Bu ifa həm tədbir iştirakçılarını, həm də qonaqları kövrəltdi...
    Daha sonra Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə, yazıçı və publisist Nəcibə Bağırzadə, elmi laboratoriyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev çıxış edərək, təəssuratlarını, minnatdarlıqlarını bildirdilər. Tədbir KİV-ləri tərəfindən işıqlandırıldı.

     

    “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:
    Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının
    elmi işçisi Könül Əhmədova