22-23 noyabr 2019-cu il
2019-cu il 22-23 noyabr tarixində ABŞ-ın Middlebury İnstitutunun Beynəlxalq təhsilin menecmenti departamentinin rəhbəri, professor Devid Vik Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Azərbaycanda səfərdə olub.
O, ABŞ-ın Azərbaycandakı Səfirliyi və Xəzər Universiteti tərəfindən təşkil edilən Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün mübadilə proqramlarının, xaricdə təhsil və beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş iki günlük təlim keçib. Təlimdə Azərbaycanın 25 universitetini 40 nəfər universitet nümayəndələri təmsil edib. Sözügedən təlimdə Bakı Musiqi Akademiyasından Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Zülfiyyə Şəfiyeva və Röya Hüseynova iştirak ediblər.