• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 noyabr 2019-cu il

    “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

    12 noyabr 2019-cu il tarixində Heydər Əliyev mərkəzində ali məktəb tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib.
    Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 2014-cü ildən etibarən reallaşdırılan bu layihə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin araşdırılması və təbliği, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
    Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər bir ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 48 komanda iştirak etmişdir.
    Üç turdan ibarət olan bilik yarışında səsləndirilən suallar Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib.
    Bilik yarışında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrindən ibarət komanda heyəti də iştirak etmişdir. Belə ki, tarix-nəzəriyyə fakültəsinin magistr pilləsi üzrə təhsil alan birinci kurs tələbələri Qəhrəmanova Aygün, Hacıbalayeva Firuzə, Abdullayeva Şəhla, həmin fakültənin bakalavr pilləsi üzrə təhsil alan birinci kurs tələbələri Əliyarzadə Fidan, Qulamova Ləman, İbazadə Əsmər, Tarıverdiyeva Ülkər, ifaçılıq fakültəsi üzrə təhsil alan birinci kurs bakalavr tələbəsi Ağayev Nihat iştirak etmişlər. Bu ilki yarışmada da Bakı Musiqi Akademiyasını təmsil edən tələbələrdən ibarət komanda heyəti müvəffəqiyyətlə iştirak edərək 48 komanda arasında 14-cü yerə layiq görülmüşdür.
    Yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası üçüncü yerə layiq görülüblər.