• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 noyabr 2019-cu il

    2019-cu il 6 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında  BMA-nın professoru, Xalq artisti, Şöhrət ordenli Yalçın Adıgözəlovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

    Y.Adıgözəlovun yubileyinə həsr olunmuş konsertin açılış nitqində BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli Yalçın Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətindəki böyük xidmətlərindən, səmərəli fəaliyyətindən bəhs edərək, onu yubiley münasibəti ilə təbrik etdi.

    Sonra konsert proqramına yer verildi. Proqramda Yalçın Adıgözəlovun rəhbərliyi və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Simfonik Orkestri ilə BMA-nın “Baku Chamber Orchestra” Gənclər Kamera orkestrinin müşayiətilə bəstəkar Evdard Qriqin “Holberq” suitası, Bella Bartokun “Rumın rəqsləri”, Jean Sibeliusun “Vals Triste”, sonra solist xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun Kamera orkestri üçün musiqi, solist Tamerlan Adıgözəlovun ifasında Vasif Adıgözəlovun Fortepiano və orkestr üçün 1 saylı konsert (II hissə) və Prelüd N.1, solist Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyevin ifasında Astor Piazzolanın “Oblivion” əsərləri səsləndirildi.     

    Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.