5 noyabr 2019-cu il
2019-cu il 5 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın tədris işləri üzrə prorektoru, professorlar Nərminə Quliyeva, Nəzakət Rimazi, Tərlan Quliyev, müəllim Günel Zeynalova tərəfindən tələbələr üçün zərərli vərdişlərdən olan spirtli içkilərə qarşı məlumatlandırıcı görüş həyata keçirilmişdir.
Görüşdə çıxış edənlər zəmanəmizin böyük probleminə çevrilən ziyanlı vərdişlərin cəmiyyətdə yaratdığı xəstəliklərdən, törətdiyi ağır fəsadlardan məlumatlar vermişlər. Həmçinin tələbələrə asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarını tövsiyə etmişlər.