• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 oktyabr 2019-cu il

    British Council-Azərbaycan Məzunların Məşğulluğunun Artırılmasına dair Forum keçirdi


    31 oktyabr 2019-cu il tarixində Britaniya Konsulluğunun Azərbaycandakı Ofisi (British Council Azərbaycan) tərəfindən Məzunların Məşğulluğunun Artırılması mövzusunda Forum təşkil edilib. Bu toplantı Britaniya Konsulluğunun Azərbaycanda Ali Təhsil Məşğulluq Proqramının başlanğıcı oldu.
    Konfrans British Council-ın ölkə üzrə direktoru Summer Xian-nın giriş nitqi ilə başladı. Sonra Lordlar Palatasının üzvü, Baş nazirin İraq, Azərbaycan, Türkmənistan və Qazaxıstandakı ticarət məsələləri üzrə elçisi, Winterbourne-ın Baronessası Emma Nicholson Böyük Britaniya ilə Azərbaycan arasındakı elm, təhsil, cəmiyyət və mədəniyyət sahəsindəki qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə dair çıxış etdi. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Ali Təhsilinin nailiyyətləri haqqında söhbət açdı.
    Tədbir gün ərzində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri ilə panel müzakirələri formatında davam etdi. İngiltərə tərəfdaşları, məşğulluğun öz tədris planlarına necə daxil edildiyi və məzunların məşğulluğunun artırılmasına dəstək göstərmək üçün İngiltərədə hansı daxili və xarici xidmətlər yaradıldığı haqqında təcrübələrini bölüşdülər.
    Bakı Musiqi Akademiyasını Beynəlxalq əlaqələr üzrə prorektor, professor Yeganə Axundova, Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyeva və İnformasiya texnologiyaları üzrə mütəxəssis Röya Hüseynova təmsil ediblər.