17-19 oktyabr 2019-cu il
“Halk Kültüründe Oyun Müzik Dans” Beynəlxalq Simpoziumu
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası və Motif Fondunun ortaqlığı əsasında təşkil olunan “Halk Kültüründe Oyun Müzik Dans” Beynəlxalq Simpoziumu 17-19 oktyabr 2019-cu il tarixində Universitetin Mavera Konqres və Sənət Mərkəzində həyata keçirilmişdir. Simpoziumda məruzələrlə bərabər rəsm sərgisinə və konsert proqramına geniş yer verilmişdir. Bu tədbirdə Bakı Musiqi Akademiyasının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova məruzəçi və moderator qismində çıxış etmişdir. Konfrans böyük konsert və Qaziantep ətrafı gəzinti proqramı ilə tamamlanmışdır.