29 oktyabr 2019-cu il
2019-cu il 29 oktyabr tarixində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələri “Musiqi Dünyası” jurnalının redaksiyasında, jurnalın baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədovla görüşmüşlər.
Professor Tariyel Məmmədov elmi publisistik beynəlxalq mətbu jurnalı olan “Musiqi Dünyası”nın fəaliyyətindən, musiqi ictimaiyyətində baş veren yeniliklərdən bəhs etdi və Bakı Musiqi Akademiyasının elektron saytı haqqında tələbələrə geniş məlumatlar verdi. Eyni zamanda tələbələr Tariyel Məmmədov tərəfindən təsis edilən elektron resurslarla tanış oldular, onlara “Azərbaycan bəstəkarları və musiqişünasları”, “Arşın mal alan” operası virtual saytları, Azərbaycan xalq musiqisi, milli çalğı alətləri və alətlərin ilk dəfə tembrlərinin səslənmələri haqqında ətraflı məlumat verildi.
Görüşün sonunda isə tələbələr öz təəssüratlarını bölüşdülər və professor Tariyel Məmmədovla xatirə şəkli çəkdirdilər.