• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2019-cu il

    Müasirimiz Rüfət Ramazanovun 50-illik yubileyini təbrik edirik! Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Professional Kinorejissorlar Gildiyasının ”Bəstəkarlar” bölməsinin üzvü, prezident təqaüdçüsü, Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və Akustika” elmi laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanovu 50 – illik yubileyi münasibəti ilə laboratoriyanın bütün elmi əməkdaşları təbrik edir!
    Müasir Azərbaycan professional bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən, XX əsrin 90-cı illərində yaradıcılıq fəaliyyətinə qədəm qoyan bəstəkarlarımızdan biri də Rüfət Ramazanovdur. Əsərlərində real hadisələrə, fəlsəfi düşüncələrə, dərin məzmunlu musiqi materialına üstünlük verən bəstəkar öz fərdi təkrarolunmaz dəsti-xətti ilə daima seçilmişdir. Müasir tələblərə cavab verən R.Ramazanov əsərlərində rəngarəngliyə, üslub və janr müxtəlifliyinə, sərbəst yazı dəsti xəttinə malik musiqi dili nümayiş etdirmişdir.
    Onu da qeyd edək ki, R.Ramazanov1990-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının ( hal-hazırki, Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə qəbul olaraq, görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıq sirlərinə yiyələnmişdir. Müəlliminin dəsti xətti – ciddilik, çərçivə daxili sərbəstlik, müasir dünya görüşü kimi xüsusiyyətlər R.Ramazanovun yaradıcılığında açıq-aşkar hiss olunur. “Xurufilər”, “Fəzlullah Nəimi”, “Əsrin dahisi” simfonik poemaları, “Toğrulnamə” orqan üçün poeması, müxtəlif sənədli filmlərə musiqi, teatr musiqisi, fortepiano üçün pyeslər və bir çox başqa əsərlərin müəllifi olmuş bəstəkar, Azərbaycan musiqi sənəti xəzinəmizə sözün əsl mənasında dəyərli əsərlər bəxş etmişdir.
    Daim elmi-yaradıcı axtarışlarda olan R.Ramazanov, bir bəstəkar kimi hal-hazırda yaradıcılığının yüksəliş dövrünü yaşayır. Biz isə öz növbəmizdə R.Ramazanova can saglığı, bol yaradıcılıq uğurları arzu edirik!