17 oktyabr 2019-cu il
İlk olaraq çıxış edən elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayıl-zadə dünyada mədəniyyətləri, adət və ənənələri, soykökləri oxşar olan Azərbaycan və Özbək xalqlarının dostluq əlaqələrini təbliğ etmək, möhkəmləndirməyin vacib olduğunu vurğuladı. Daha sonra N.İsmayıl-zadə tərəfindən, iki ölkənin tarixi inkişafı, mədəniyyətlərimizi təmsil edəcək musiqi festivallarının, simpoziumların, konfransların keçirilməsi kimi təkliflər irəli sürülmüşdür. Daha sonra çıxış edən əməkdaşlar: Azərbaycan Respublikasının Xalq Artisti, baş elmi işçi, professor R.Quliyev, Azərbaycan Respublikasının Xalq Artisti, baş elmi işçi, dosent Z.Məmmədova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev, aparıcı elmi işçi, dosent A.Abduləliyev, aparıcı elmi işçi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü R.Ramazanov xalqlarımız arasında olan dostluq əlaqələrini vurğulayaraq, ənənəvi Şərq musiqi sənətinin, folklorun paylaşılması ilə yanaşı elmi mübadilələrin də aparılmasının vacibliyini vurğuladılar. Çıxış edən qonaq Daşkənt Dövlət Konservatoriyasının musiqi pedaqogikası kafedrasının müdiri, elmlər namizədi Mirzecon Axmetov görüşdən məmnunluğunu bildirərək, Azərbaycan musiqisinin zənginliyindən, ali musiqi təhsil ocaqlarının tədris metodikasından, tar ifaçılıq sənətinin mükəmməliyindən bəhs etmişdir.
Görüş Azərbaycan Respublikasının Xalq Artisti, baş elmi işçi, professor R.Quliyev, Azərbaycan Respublikasının Xalq Artisti, baş elmi işçi, dosent Z. Məmmədova və Daşkənt Dövlət Konservatoriyasının ənənəvi vokal kafedrasının dosenti Şovkat Matiyakubovun ifaları, qarşılıqlı təqdim edilmiş hədiyyələr və birlikdə çəkilmiş şəkli ilə başa çatmışdır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
böyük elmi işçi M.Rzayeva.