• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 oktyabr 2019-cu il

    Çoxşaxəli Yaradıcılıq – 30
    Azərbaycan qadınları tarix boyu öz zəkası, müdrikliyi, sədaqəti, vəfası, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olmuşdur. Eyni zamanda Azərbaycan qadınları elmin müxtəlif istiqamətlərində, mədəniyyət, incəsənət və başqa sahələrdə öz bacarığı və əzmə ilə böyük uğurlara imza ataraq, adlarını çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazdırmağa müvəffəq olmuşlar. Belə qadınlardan biri də çoxşaxəli elmi pedaqoji fəaliyyəti ilə Azərbaycan elm və mədəniyyət sahəsinə tövhələr verən Fəlsəfə elmləri doktoru, Sənətşünaslıq elmləri doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Mina Hacıyeva Telman qızıdır.
    Mina xanım Hacıyeva ziyalı bir ailədə böyümüşdür. Belə ki, o, Azərbaycanın tanınmış musiqiçisi Telman Hacıyevin qızı və atasının layiqli davamçısıdır.
    Professor Mina Hacıyevanın yaradıcılığı çoxşaxəlidir. O, təkcə musiqi elmində deyil, fəlsəfə, sosialogiya sahələrində də yüksək nailiyyətlər əldə edərək, monoqrafik elmi kitablar, məqalələr, dərs vəsaitləri və elmi-metodik dərsliklərin müəllifidir.
    Musiqişünas 1987-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1994-cü ildə “Azərbaycan musiqisində memorial janrı” mövzusunda BMA-nın elmi şurasında uğurla dissertasiya müdafiə edir. O, 2008-ci ildə Bakı Dövlət Universitetinin fəlsəfə üzrə müdafiə şurasında mədəniyyət fəlsəfəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Sonra isə Rusiya fəlsəfə cəmiyyəti Azərbaycan bölməsinin sədri, MDB ölkələr Parlamentlərarası Assambleyasının fərqlənmə nişanı ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Rəyasət heyətinin üzvü seçilmişdir.
    Musiqişünas 1992-ci ildən indiyədək BMA-da “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “İncəsənətin nəzəriyyəsi və tarixi”, “Musiqi tarixi”, “Musiqi menecmenti və müasir musiqi texnologiyaları” kafedralarında fəaliyyət göstərir. Mina xanım hal-hazırda BMA-da “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında çalışmaqla yanaşı, BDU-nun “Sosial iş” kafedrasında da mühazirələr apararaq, bakalavr və magistr dissertasiyalarına rəhbərlik edir.
    M.Hacıyeva Milli Elmlər Akademiyası Fəlsəfə və Sosialogiya İnstitutunun nəzdində Elmi Şuranın üzvü və sədr müavini kimi də fəal çalışmaqdadır.
    Bundan başqa o, “Azərbaycan Multikulturalizmi”, “Multikulturalizmə giriş” fənnləri üzrə dərslər aparmaq üçün sertikifat əldə etmiş və istiqamətdə müxtəlif maraqlı proyektlər hazırlamışdır. Belə ki, M.Hacıyeva Bakı Musiqi Akademiyasının “Mulkitultural layihəsi çərçivəsində təşkil edilən, akademiyanın istedadlı tələbələrinin aktyorluq bacarığını nümayiş etdirən “Bölünənlər” adlı tamaşasının ərsəyə gəlməsində böyük əmək sərf etmişdir.
    Çoxşaxəli yaradıcılığı ilə elmin bir sıra sahələrinə mühüm tövhələr verən professor M.Hacıyevanın bu il 50 illik yubileyi tamam olur. Bu münasibətlə 4 oktyabr 2019-cu il tarixində Azəbaycan Bəstəkarlar İttifaqında musiqişünasın hesabat yaşı olan 50 illik yubileyi və zəngin elmi-yaradıclıq fəaliyyətinin 30 illiyinə həsr olunan tədbir keçirildi.
    Tədbirin açılışını Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvi, Xalq artisti, professor Firəngiz Əlizadə edərək, Mina xanım Hacıyevaya öz ürək sözlərini bildirdi.
    Sonra Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, profesor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri Tariyel Məmmədova söz verildi. Tariyel müəllim də həm öz, həm də kafedra adından yubilyara xoş arzularını çatdırdı və elmi fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzu etdi.
    Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Mina xanımı təbrik edərək, onun portreti çəkilmiş rəsmini hədiyyə etdi.
    Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə də öz növbəsində təbrik edərək, Mina xanımın necə dəyərli bir filosof olduğunu, xarici ölkələrdə iştirak etdiyi çoxsaylı konfrans və simpoziumlardan bəhs etdi.
    Bakı Dövlət Universiteti, Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev də Mina xanımı təbrik edərək, onun çoxşaxəli yaradıcılıq fəaliyyətindən - fəlsəfə, sosiologiya, musiqişünaslıq sahələrində apardığı tətdiqatlar, yazdığı kitablar haqqında məlumat verdi və bir pedaqoq kimi də işinin mahir ustası olmasını, tələbələrə olan qayğıkeş münasibətini, bütün gərgin işlərin əsnasında fədakar bir valideyn, ana olmasını da xüsusi qeyd etdi.
    Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da təbriklərini bildirərək, Mina xanım Hacıyevanın elm sahəsindəki səmərəli fəaliyyəti və müxtəlif səfirliklərlə əməkdaşlıq edərək maraqlı proyektlərə (Bakı Musiqi Akademiyasının Multikultural layihəsi olan “Bölünənlər” tamaşası) imza atmasını vurğuladı.
    Mina Hacıyevanın xarici ölkələrdə yaşayan həmkarları da virtual olaraq ona öz təbriklərini və yaradıcılıq fəaliyyətində davamlı uğurlar qazanmasını arzu etdilər.
    Çıxışlar arası maraqlı musiqi nömrələri də təqdim edildi. Belə ki, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, məşhur vokal ifaçısı Ramil Qasımov (Səid Rüstəmov – “Alagöz”), Beynəlxalq müsabiqə laureatları Ümidə Abbasova və Səidə Tağızadə (Firəngiz Əlizadə-violin və fortepiano üçün “İmpuls”), Xalq artisti, professor, məşhur pianoçu Murad Hüseynov (Qara Qarayev-piano üçün c moll və d moll prelüdləri; Robert Şuman- “Etiraf”), tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə (Vasif Adıgözəlov – “Qərənfil”) parlaq musiqi nömrələri ilə tədbirə rəngarəng abu- hava qatdılar.
     

    BAKI MUSİQİ AKADEMİYASI MƏTBUAT XİDMƏTİ
    MUSİQİŞÜNAS İSGƏNDƏROVA OFELYA