• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4-7 sentyabr 2019-cu il

    4-7 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən Kadir Has Universitetində İSME Legacy beynəlxalq konfransı keçirilmişdir.

    Beynəlxalq Musiqi Təhsili Birliyinin keçirdiyi bu tədbirdə maraqlı elmi çıxışlar və diskusiyalar aparılmışdır. Bir sıra xarici ölkələrlə yanaşı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri də bu tədbirə qatılmışlar. Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova və bir çox doktorant və dissertantlar təmsil etmişlər. Konfransın Azərbaycan üzrə elmi komitə üzvü olan H.Məmmədova adı çəkilən tədbirdə məruzəçi və moderator olaraq da çıxış etmişdir. 4 gün davam edən konfrans maraqlı elmi çıxışlar, konsert proqramları və gəzinti ilə yekunlaşmışdır.