22-26 iyul 2019-cu il
V Beynəlxalq Musiqi və Rəqs Konqresi
22-26 iyul 2019-ci il tarixində Türkiyənin Ürgüp-Kapadokya şəhərində V Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilmişdir. Tədbir Nevşehir Hacı Bektaş Veli Üniversiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Bolqarıstanın Vassil Nevski Milli Spor Akademiyasının dəstəyi ilə təşkil edilmişdir.
Beynəlxalq tədbirdə Türkiyə, Azərbaycan, Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, Özbəkistan, İrandan olan məruzəçilər yer almışdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim və tələbə heyəti də bu simpoziumda iştirak etmişdir. Ölkəmizi təmsil edən 23 iştirakçı sırasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yalçın Abdulla, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə, konqresin Azərbaycan üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Turan Məmmədəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova, Bakı Musiqi Akademiyasının elmi işçisi Könül Əhmədova və b. yer almışdır. Müxtəlif elmi mövzularda çıxışlar böyük marağa səbəb olmuşdur. Professor Gülnaz Abdullazadə, dosentlər Xatirə Həsənzadə, Həbibə Məmmədova, Nərgiz Hüseynova və Turan Məmmədəliyeva adı çəkilən beynəlxalq konqresdə moderator simasında da yer almışlar. 70-ə yaxın iştirakçının qatıldığı V Beynəlxalq Musiqi və Rəqs Konqresi 5 gün boyunca maraqlı elmi çıxışlar, gözəl konsert proqramları və tarixi-mədəni gəzinti ilə yekunlaşmışdır.