• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 avqust - 23 sentyabr 2019-cu il

    Tsinandali Festivalı

    2019-cu ilin 16 avqust-23 sentyabr tarixlərində Gürcüstanda yeni təşkil olunmuş təntənəli “Tsinandali” festivalı keçirildi. Bu festivalın əsas istiqaməti Jinandrea Nozedanın rəhbərliyi ilə “Pan Qafqaz Gənclər simfonik orkestri”nin formalaşdırılması idi.
    “Pan Qafqaz Gənclər simfonik orkestri”nin tərkibində Azərbaycan musiqiçiləri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları - Quliyev Tural (Trumbet), Bağırov Emil (Klarnet), Məmmədov Nicat (Fleyta), Əliyev Rəşid (Violin) və tələbələri – Bağırov Nicat (Kontrabas), Kərimli Qəmər (Violin), Əmişov Əli (Viola) iştirak edirdilər.
    Festivalın proqramı da olduqca maraqlıdır. Belə ki, iştirakçılar orkestrin tərkibində G.Mahler (Simfoniya N.2), J.Sibelius (Simfoniya N.2), İ.Brams (Simfoniya N.”), D.Şostakoviç (Simfoniya N.9) kimi bəstəkarların simfoniyalarını, S.Raxmaninov, D.Şostakoviç və S.Prokofyevin fortepiano konsertləri ilə uğurla çıxış ediblər.
    Dirijorlar qismində isə orkestra Jinandrea Nozeda, Klaudio Vandelli, Yukka-Pekka Saraste, Yuja Vang və Mişa Mayskiy kimi tanınmış dirijorlar rəhbərlik edirdilər.
    Onu da qeyd edək ki, festivalda Bakı Musiqi Akademiyasının məzunu Məmmədov Nicat “Boston-Brennen” adlı fleyta aləti ilə mükafatlandırılıb.