• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr 2019-cu il

    Bakıda “Jazz Fans” İctimai Birliyinin və jazz.az saytının təqdimatı.

    Milli Musiqi Günündə 18 sentyabrda Bakıda “Jazz Fans” (“Cazın dostları”) İctimai Birliyi və jazz.az saytının yenilənmiş versiyasının təqdimatı olub.
    Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, tanınmış pianoçu Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Siyavuş Kərimi, yaradıcı ziyalıların nümayəndələri, incəsənət xadimləri və çoxsaylı caz həvəskarları iştirak ediblər.
    Təqdimat mərasimində internet portalının baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, caz tədqiqatçısı, BMA – nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Turan Məmmədəliyeva çıxışında qeyd edib ki, ictimai təşkilat caz həvəskarlarını və fantlarını, ifaçıları və KİV nümayəndələrini birləşdirən bir platforma olmağı qarşısına məqsəd qoyub. O, əlavə edib: “Birliyin Şurasının tərkibinə tədqiqatçılar, təşkilatçılar, məsləhətçilər, habelə Birliyin üzvlərinin fəaliyyət növü və peşəkarlıq səviyyəsi üzrə - Peşəkarlar və Məsləhətçilər Klubu, İfaçılar və Fanatlar klubu olmaqla formalaşdırılan klub rəhbərləri daxil olacaqlar”.
    “Jazz Fans” İB-nin həmtəsisçisi Mədəniyyət naziri Əbülfəs Qarayevə də ölkəmizdə caz janrının inkişafına göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
    Həmtəsisçi qeyd edib ki, “Jazz Fans” qeyri-hökumət ictimai təşkilatıdır və mədəniyyətin inkişafına dəstək verəcək üzvlərinin hüquqi bərabərliyi prinsipləri əsasında fəaliyyət göstərir. Onun fəaliyyətinin əsas istiqamətləri cazın təbliği, maarifləndirmə və bu musiqi janrının ölkəmizdə inkişafıdır. İB-nin nizamnaməsinə görə, bu məqsədlə elmi tədqiqatlar aparılır, müxtəlif kurslar, seminarlar, müsabiqələr, festivallar, konfranslar, görüşlər, sərgilər və ustad dərsləri təşkil edilir.
    Sonra www.jazz.az internet saytının təqdimatı oldu.
    Qeyd edək ki, “Jazz Fans” İctimai Birliyi paytaxtımızda 2003-2015-ci illərdə fəaliyyət göstərmiş Bakı Caz Mərkəzinin işini davam etdirəcək.


    Məmmədəliyeva Turan Vasim qızı
    sənətşünaslıq üzrə fəlsəfə doktoru