• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 sentyabr 2019-cu il

    Orqan alətinin Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasındaki 55 illik tarixi

    2019-cu il 21 sentyabr tarixində Bakı Musiqi Akademiyasının böyük zalında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Orqan alətinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” adlı tədbir keçirildi.
    Tədbirin açılışını BMA-nın baş müəllimi Səbinə xanım Bəylərbəyova etdi.
    “Orqan alətinin Ü.Hacıbəyli adına bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” adlı tədbirdə Beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko (Rusiya), Rasimə Babayeva və Beynəlxalq müsabiqə laureatları Səbinə Bəylərbəyova, Şəfəq Abdullayeva iştirak edirdilər.
    Proqramda Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirildi.
    Tamaşaçıların böyük marağına səbəb olan tədbir gur alqışlarla sona çatdırıldı.