5-7 sentyabr 2019-cu il
Bakı Musiqi Akademiyasının tələbələri ATİAHİ Respublika Komitəsi tərəfindən təşkil edilən konfransda iştirak etdi.
Bakı Musiqi Akademiyasının tələbələri –Hüseynova Tutu, İmanova Günel,Rəhimova Samirə, Paşazadə Məhəmmədəli və Bağırzadə Səid HİK-nin sədri Aqil Qafulovun rəhbərliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 5-7 sentyabr 2019-cu ildə Xaçmaz rayonunun Nabran qəsəbəsində keçirilən konfransda iştirak etmişdir.
“Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində həmkarlar ittifaqlarının vəzifələri: forma və metodlar” adlı konfransda 20 ali məktəbin 100 çox tələbəsi öz təcrübələri ilə bölüşmüş,dəvət olunan qonaqların məruzələrini və çıxışlarını diqqətlə və maraqla qarşılamışdır.