• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2019-cu il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə təsiri və bu təsir nəticəsində insanın neyro-endokrinoloji sistemində baş verən proseslər” adlı növbəti elmi seminar keçirilmişdir.

    Seminarı laboratoriyanın böyük elmi işçisi Zeynal İsayev aparmışdır. Məruzəçi bildirmişdir ki, üçüncü minilliyin musiqisi tamamilə insanlara xidmət etməlidir. Odur ki, musiqinin müalicəvi aspektləri, müxtəlif xəstəliklərin ilkin mərhələsində müalicə profilaktikası kimi musiqi terapiyasının istifadə olunması daha geniş vüsət alacaqdır. O göstərmişdir ki, musiqini dinlədikdə həm insanın mərkəzi sinir sistemində və həm də endokrin və immun sistemlərində olduqca mürəkkəb və eyni zamanda da çox maraqlı proseslər baş verir. Neyrofiziologiya, neyron (yəni sinir hüceyrəsi) və neyron şəbəkələri, baş beynin işi və mərkəzi sinir sisteminin funksional xarakteristikası haqda məlumatlar verilmişdir. Göstərilmişdir ki, insan öz beyninin 10%-ni işlədir. Əgər 15-20% işləmiş olsaydı, o zaman beynə o qədər informasiya gedərdi ki, beyinın fəaliyyəti pozulardı. Beynin yüksək fəaliyyəti orada daha çox faiz neyron işləməyindən asılı deyil. Əksinə, orada konkret bir məsələnin həlli zamanı lazım olan qədər (optimal sayda) sinir hüceyrəsinın miqdarından asılıdır ( neyron) yəni 5%. Qalan hüceyrələr isə öz növbəsini gözləyir. Məsələn, Eynşteynin beynini analiz edərək görmüşlər ki, hər bir müəyyən məsələnin həlli zamanı adi insanla müqayisədə daha az miqdarda (minimal sayda) neyron istifadə olunmuşdur. Bundan əlavə seminarda qeyd olunmuşdur ki, yaddaş, müxtəlif emosiyalar, elmə olan maraq və s. xüsusiyyətlər əsasən genlərdən asılıdır. Genlər konkret olaraq beynin funksiyalarına təsir göstərir. Bu xüsusiyyətlər digərlərinin təqribən 50%-ini təşkil edir. 25-30% embrion ana bətnində olarkən və sonrakı 2 ildə formalaşır. 20-30% isə sonrakı həyatda (məktəb, universitet və s.) formalaşır. Məruzəçı Z.İsayev insanın eşitmə sistemi və beynin eşitəmə və nitq mərkəzləri haqqında məlümatlar vermişdir. Göstərilmişdir ki, musiqi adlandırdığımız qeyri-maddi informasiya yalnız beyində formalaşır. Havada isə hissəciklərin rəqsi hərəkəti möcddur ki, o da yalnız qulağın təbil pərdəsini ehtizasa gətirərək və bir neçə etap keçdikdən sonra beynə çatır və beyində açıldıqdan sonra biz onu eşidirik. Bu olduqca kiçik bir zaman müddəti ərzində baş verir. Seminarda əyani vasitələr və video filmlərdən istifadə olunaraq, digər bu kimi məsələlər də aydınlaşdırılmış, çoxsaylı suallar cavablandırılmışdır.

    Elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi
    Sevda İsayeva.