• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyun 2019-cu il

    Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş elmi seminar

    Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca genişdir. Bu haqda dövlət və ictimai mənbələrdə dəfələrlə kifayət qədər məlumat verilir. Lakin Mehriban xanımın 25 il ərzində Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün xidmətləri heç vaxt unudulmur və ictimai rəydə böyük rəğbətlə qarşılanır. Mehriban Əliyevanın təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki ölkəmizdə, eləcə də Azərbaycandan xeyli uzaqlarda öz xeyirxahlıq missiyasını uğurla həyata keçirir. Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş 11 iyun 2019-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynova tərəfindən keçirilən elmi seminarda Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilən layihələr, mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq forumların Bakıda dəfələrlə baş tutması, digər xalqların dini tollerantlığının, azadlığının təmin olunması və s. məsələlər öz geniş şəkildə əksini tapmışdır.
    Məruzədə qeyd olunmuşdur ki, Azərbaycanın şifahi ənənəli professional musiqisinə aid olan muğam sənətinin son dövrlərdə inanılmaz yüksək səviyyədə bütün dünyada geniş təbliğ olunması məhz Mehriban xanımın əməyinin bəhrəsidir. Son 10 il ərzində UNESCO tərəfindən qəbul olunmuş 13 qeyri-maddi mədəni irs nümunələrindən birincisi olan muğam sənəti, daha sonra 2008-ci ildə UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsində, Azərbaycan muğamı ilə yanaşı, tar ifaçılıq sənəti, aşıq sənəti, xalça toxuculuğu və b. UNESCO-nun Reprezentativ siyahısına daxil olundular.
    Nərminə Hüseynova hazırladığı məruzəsində göstərilir ki, Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mütəmadi keçirilən və muğam nəzəriyyəsinin inkişafında böyük rol oynayan “Muğam aləmi” beynəlxalq elmi simpoziumları vasitəsilə dünyanın tanınmış musiqi alimlərini Azərbaycan musiqi elminə cəlb etməyə müvəffəq olunmuşdur. Nəsildən-nəsilə ötürülən muğam sənətinin inkişafında Heydər Əliyev Fondu tərəfindən keçirilən televiziya muğam müsabiqələrinin də böyük əhəmiyyəti vardır.
    Məruzçi qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın klassik musiqinin inkişafına da verdiyi dəyər özünü Heydər Əliyev Fondu tərəfindən hər il Qəbələ şəhərində keçirlən Beynəlxalq Musiqi Festivalıdır. Dünya şöhrətli musiqiçilərin və orkestrlərin həmin festivallarda yerli musiqiçilərlə bərabər iştirak etmələri hər dəfə böyük maraqla qarşılanır. Onun musiqi mədəniyyətimizin inkişafı və təbliği yolunda saysız xidmətləri yalnız bu gün üçün deyil, gələcək nəsillərə verilən misilsiz tövhələrdir.
    Elmi seminarda iştirak edən elmi-tədqiqat laboratoriyanın bütün əməkdaşları məruzəni diqqətlə dinləyərək, N.Hüseynovaya müxtəlif suallar verdilər və bu mövzunu müfəssəl araşdırdığına görə minnətdarlıqlarını bildirdilər.

     Elmi-tədqiqat laboratoriyasının müdiri,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru,

    dosent Nuridə İsmayılzadə