• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2019-cu il

    Uşaqlar bizim gələcəyimizdir!

    Hər bir xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır.Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Respublikamızda da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşılmışdır.
    Dövlətimizin uşaqlara olan qayğısı, eyni zamanda da Ü. Hacıbəyli ənənələrinə sadiq olaraq maarifçiliyi davam etdirən Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyası növbəti xeyriyyə aksiyasını keçirtmişdir.1 uyun Beynəlxalq Uşaqlar Günü münasibəti ilə, 2018 –ci ildə təməli qoyulmuş “Musiqimizi tanıdaq” adı altında xeyriyyə aksiyası bu il də yeni bir məkanda baş tutmuşdur. Elmi tədqiqat laboratoriyasının əməkdaşları 3 iyun 2019-cu il tarixində Bilgəh qəsəbəsində yerləşən 11№ li İnteqrasiya Təlimli İnternat məktəbində təhsil alan uşaqlar ilə görüş keçirtmişlər. İnternat məktəbində 1000-dən çox uşaq təhsil alır. Təhsil alan uşaqların 182 nəfəri xüsüsi qayğı tələb edən, autizm və daun sindromu xəstəliyindən əziyyət çəkən uşaqlardılar. Lakin Dövlətimizin və xüsusilə də internat məktəbinin müdiri Gülnarə Abdullayevanın, müəllim-tərbiyyəçi heyyətinin uşaqlara göstərdiyi qayğı və məhəbbətin sayəsində bu uşaqların cəmiyyətimizə inteqrasiya ola bilmələri üçün müxtəlif tədbiqi incəsənət növləri ilə məşğul olmaları müşahidə edilmişdir. İnternat daxilində uşaqlar xalçaçılıq, mazayka, toxuculuq, tikiş, animasiya, rəssamlıq kimi incəsənət növləri ilə məşğul olaraq müxtəlif sərgilərdə iştirak edərək, hətda qızıl medallar əldə etmişlər. Bu da ilk növbədə onların müəyyən peşə sahibləri olmalarına yardım edir. Ümumiyyətlə Dövlətimiz tərəfindən uşaqlara yaradılmış şərait ən yüksək seviyyədə təşkil edilmişdir ki, bu da ilk növbədə uşaqlara olan qayğının bariz sübutudur.
    Musiqimizin təbliği üçün internat məktəbinə yollanan elmi laboratoriyanın əməkdaşları, laboratoriyanın müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, Xalq Artisti Zümrüd Məmmədova, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, elmi işçilər doktorant İlahə İsrafilova, doktorant Könül Əhmədova, doktorant Nigar Bayramova, elmi işçilər Sahilə Əzizova, Aynur Çələbiyeva müxtəlif maraqlı mövzularla şagirdlər qarşısında çıxış etmişlər, musiqi nümünələri dinlətmişlər və ən qiymətli hədiyyə olan kitablarını məktəbə hədiyyə etmişlər. Bundan əlavə muğam ifa edən uşaqlarla tanış olmuşlar ki, burada Xalq Artisti Zümrüd Məmmədova uşaqlara əsil master klass dərsləri kiçik zaman çərçivəsində ərmağan etmişdir. Uşaqları maraqlandıran müxtəlif suallar ətraflı cavablandırımışdır.Ümumilikdə görüş yüksək səviyyədə keçirilmişdir.Uşaqların üzlərindəki sevinc laboratoriya əməkdaşlarının ən yadda qalan təəsuratı olmuşdur. Uşaqların və yeniyetmələrin musiqi zövqünün formalaşmasında bu tipli görüşlərin tez-tez keçirilməsi vacibdir.Əsas məqsəd gələcəyimiz olan uşaqların mənəvi dünyalarının zənginləşməsidir.


    Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    böyük elmi işçi M.Rzayeva