• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27-30 aprel 2019-cu il

    27-30 aprel 2019-cu il tarixlərində Türkiyə Respublikasında “Türksoy” təşkilatı tərəfindən böyük türk ozanı, türk aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Veysəl Şatıroğlunun doğumunun 125 illiyi münasibətilə “Aşıq Veysəl anma ili” adlı anım tədbiri keçirilib.

    Tədbirin özəlliyi burada tədbirə qatılmış musiqiçilərin öz bəstəkarlıq qabiliyyətini nümayiş etdirərək Aşıq Veysəlin sözlərinə bəstələnmiş mahnıları ifa etmək idi.
    Burada müxtəlif ölkələrdən, iştirakçılarla yanaşı, qeyd olunan tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-dirijorluq” kafedrasının müəllimi, Əməkdar artist, dosent Kuxmazova Yulizanna Şəfiyevna və “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Əməkdar artist İlham Nəzərov iştirak ediblər.
    Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-dirijorluq” kafedrasının müəllimi, Əməkdar artist, dosent Kuxmazova Yulizanna Şəfiyevna Aşıq Veysəl Şatıroğlunun sözlərinə "Kara Toprak" adlı xor əsərini, “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Əməkdar artist İlham Nəzərov isə Aşıq Veysəl Şatıroğlunun “Kardeşim” şeirinə yazdığı “Beni hor görme!” adlı mahnısını təqdim edib. Qeyd edək ki, “Beni hor görme!” mahnısı İlham Nəzərovun ilk bəstəsidir.
    Tədbir həmçinin bir növ təqdim olunmuş əsərlərin premyerası kimi də tarixdə qaldı. Anma tədbirləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən möhtəşəm konsert proqramları ilə böyük marağa səbəb olub. Bu musiqiçilərin də yaradıcılığında əlamətdar bir hadisə kimi xüsusilə vurğulanmalıdır.
    Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-dirijorluq” kafedrasının müəllimi, Əməkdar artist, dosent Kuxmazova Yulizanna Şəfiyevna və BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Əməkdar artist İlham Nəzərovun təqdim edilən əsərləri “Türksoy”un rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək diplomlarla mükafatlandırılımışdır.