• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-16 may 2019-cu il

    15-16 may 2019-cu il tarixlərində Türkmənistan Respublikasında "Cəmiyyətin ümumi humanitar məkanı: mədəniyyət, elm, təhsil sahəsində dialoq" mövzusunda MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalıların IV Forumu keçirilib.


    Forumda MDB ölkələrinin tanınmış ictimai xadimləri, incəsənət ustaları, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, elmi və tədris mərkəzləri, media nümayəndələri də daxil olmaqla 200-ə yaxın nümayəndə iştirak edib.
    Qeyd edək ki, forumda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını Tədris işləri üzrə prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva təmsil edib. Bununla yanaşı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri MDB ölkələrinin orkestlərinin tərkibində çıxış ediblər.