13 may 2019-cu il
Avstriyanın OEAD təşkilatının dəstəyi ilə 13 may 2019-cu il tarixində Landmark otelində "Əməkdaşlıq və Təhsil Səfəri" proqramı çərçivəsində dörd fərqli ali təhsil müəssisəsini təmsil edən (dövlət universitetləri, özəl universitetlər, tətbiqi elmlər universitetləri və müəllimlərin təhsili üzrə universitet kollecləri) 22 nəfərlik eskpert heyətinin ziyarəti və seminarı keçirilib.
Seminar zamanı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ International Credit Mobility (KA107 – ICM) və Erasmus+ Capacity Building in Higher Education (KA2 – CBHE) layihələrinin müştərək şəkildə yazılması və digər əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Keçirilmiş seminarda Azərbaycan ali təhsil müəssisələrindən 27 nümayəndə iştirak edib. Tədbirdə Bakı Musiqi Akademiyasını Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyeva və İnformasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova təmsil ediblər. Seminar zamanı Bakı Musiqi Akademiyasının təqdimatı keçirilib, networking sessiyasında isə Avstriyanın ali musiqi təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı informasiya mübadiləsi həyata keçirilib. Həmçinin, Vyana Musiqi və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr departamentinin layihə meneceri Theresa Aichinger Bakı Musiqi Akademiyasının qonağı olaraq Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat əldə edib.