• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2019-cu il

    14 may 2019-cu il “Görkəmli tarzən, Azərbaycan SSR Xalq Artisti , “Şöhrət” və “Şərəf” ordeni mükafatçısı, professor Ramiz Quliyev yaradıcılığına bir nəzər: musiqi irsimizin, tar ifaçılıq sənətinin təbliği” mövzusunda elmi seminar.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasında ustad, görkəmli tarzən Ramiz Quliyevin musiqi irsimizin xəzinəsi sayılan yaradıcılıq səhifələri bir daha işiqlandırılmışdır.
    Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynur Çələbiyeva hörmətli tarzənin yaradıcılğını bir daha isıqlandıraraq, xüsusilə R.Quliyevin Vətəndən uzaqlarda, xarici ölkələrdə konsert fəaliyyətini araşdıraraq olduqca maraqlı seminar mövzusu ilə çıxış etmişdir. Seminarda R.Quliyevin yaradıcılıq fəaliyyətinin əsas mərhələlərini vurğulayan bir sıra konsert proqramlarından fraqmentlər səsləndirilmiş, ustadın ABŞ, Türkiyə, Əfqanıstan, Hollandiya, İsveçrə, ADR, Kanada, İran, Fransa, Norveç, İsrail və.s. ölkələrdə böyük müvəffəqiyyətlə keçirilmiş konsertləri haqqda geniş məlumatlar verilmişdir.
    A.Çələbiyeva çıxışı zamanı R.Quliyevin Azərbaycan tar ifaçılıq sənətinə bəxş etdiyi əvəzsiz töhvələri haqqında söz açmış və ustada Dövlətimiz tərəfindən, xüsusilə də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən daima qayğı və hörmətin göstərilməsini vurğulamışdır.
    Seminarda iştirak edən Ramiz Quliyev tədbir ilə əlaqədar məmnunluğunu bildirmiş və elmi- tədqiqat laboratoriyasının bu qəbildən olan lahiyələrini bəyənərək, bütün bunların musiqimizə, mədəniyyətimizə verilən dəyərin bariz nümunəsi olduğunu xüsusilə vurğulamışdır.
    Mövzu ilə əlaqədar laboratoriyanın əməkdaşları Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev, dosent A.Abduləliyev, bəstəkar R.Ramazanov dəyərli fikir və mulahizələrini bildirdilər. Sonda laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə çıxış edərək keçirilən seminarı yüksək qiymətləndirdi və milli-mənəvi dəyərlərimizin qorunması və təbliğı prosesində hələ çox işlərin görülməli olduğunu vurğuladı.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru
    M.Rzayeva