• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2019-cu il

    10 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.


    Tədbirdə ilk öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti professor Fərhad Bədəlbəyli çıxış edərək Azərbaycan xalqının görkəmli oğlu olan Heydər Əliyev irsinin olduqca zəngin, mükəmməl dövlət quruculuğunu və Azərbaycanın memarı və qurucusu kimi tarixdə ki, rolundan danışıb. Daha sonra BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyev və BMA-nın “Solo oxuma və vokal hazırlığı” kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova da çıxış edərək ulu öndər Heydər Əliyevin nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu, Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işlərdən danışıblar.
    Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə musiqi nömrələri səslənib. Belə ki, F.Əmirov “Poema-monoloq” (İfa edir: BMA-nın III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Orxan Hüseynov, Müşayiət edir: BMA-nın baş müəllimi Nərgiz Salmanlı), S.Hacıbəyov “Lay-lay” (İfa edirlər: BMA-nın tələbələri, Beynəlxalq və respublika müsabiqələr laureatları İsgəndərova Sona və Həsənova Elmina, Müşayiət edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Zuleyxa Usubova), S.Əliyeva “Qayıt əzizim” (İfa edir: BMA-nın magistr pilləsinin I kurs tələbəsi, Respublika müsabiqələr laureatı Orxan Cəlilov, Müşayiət edir: Natiq Yusibov), Tomas Tallis “İf you love me”, Orlando Lasso “Vilanella” Tomas Victoria “Motet” (İfa edir: Bakı Musiqi Akademiyasının Lumineux (Lumine) vokal ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Baratelia)), F.Əmirov “Azərbaycan elləri” (İfa edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Fatimə Cəfərova, Müşayiət edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Zuleyxa Usubova) əsərləri ifa olunub.